BolgeXeber.Com » Xəbərlər » Eyvazov onları işdən azad etdi - Yeni təyinatlar

Eyvazov onları işdən azad etdi - Yeni təyinatlar

9-09-2019, 18:00
Oxunub: 3 404 Eyvazov onları işdən azad etdi - Yeni təyinatlarDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Unikal.org-a Xaçmaz rayon polis idarəsindən məlumat verilib.

Nazirin digər əmri ilə həmçinin, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

***

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

Report-un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatda Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Muhamməd Xamedov vəzifəsindən azad edilib.

O, həmin idarənin Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi təyin olunub.

Bakı Yük Stansiyasında Xətt Polis Məntəqəsinin rəisi Hatəm Abdullayev isə Xaçmaz Dəmir yolu Polis Şöbəsinin rəisi təyin edilib.