BolgeXeber.Com » Xəbərlər » Vidadi Zeynalov restoran işlətməyə başladı: "Xanımım aşbazların başında durur"

Vidadi Zeynalov restoran işlətməyə başladı: "Xanımım aşbazların başında durur"

13-09-2019, 18:21
Oxunub: 2 447 Vidadi Zeynalov restoran işlətməyə başladı: "Xanımım aşbazların başında durur"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Bu barədə unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus "Məlhəm” restoranını işlədir: "Həyat yoldaşım restoranda aşbazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanın aşağı olmasını göstərib: "Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.
Vidadi Zeynalov restoran işlətməyə başladı: "Xanımım aşbazların başında durur"