BolgeXeber.Com » Xəbərlər » 1,2 km. hündürlükdə qeydiyyat xidməti - VİDEO

1,2 km. hündürlükdə qeydiyyat xidməti - VİDEO

15-09-2019, 10:21
Oxunub: 2 195 1,2 km. hündürlükdə qeydiyyat xidməti - VİDEOSəyyar ofislərdə Qubanın 5 kəndinin 50 sakininə xidmət göstərilib

Əldə edilən ilkin sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub. Səyyar ofislərdə ümumilikdə Qubanın Susay, Alpan, Kürkün, Uzunmeşə, Gəray kəndlərindən olan 50-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib.

Qubaya səfər çərçivəsində 74 yaşlı Rüstəmzal Məmmədova evində xidmət göstərlirib. O, səyyar ofisə yaxınlaşmadan evlində qeydiyyat xidmətindən istifadə edib.

İlkin qeydiyyat üçün sənədlər qəbul edilərkən sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılıb.

Sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib.

Bildirilib ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin elektron hökumət portalına yerləşdirilir.

Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir.