Bakıda polisi təhqir edən sürücü üzr istədi - VİDEO
18-09-2019, 17:12
Oxunub: 2 665
Bakıda yol polisini təhqir edən sürücü üzr istəyib.
Oxu.Az-ın məlumatına görə, etdiyi hərəkətə görə peşman olan sürücü Fəxrəddin Nəsirov hadisənin başvermə anından danışıb:
“Maşını idarə edən zaman əlimdə telefon var idi. Polis əməkdaşı məni saxladı və sənədlərimi tələb etdi. Mən sənədimi ona təqdim etdim. O, məndən taksi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu.
Mən də “yoxdur” cavabı verdim. Bu zaman polis əməkdaşı da mənə protokol yazdı. Mən onkoloji, şəkər xəstəsiyəm. Özümdə olmadım, protokolu götürüb maşına getdikdən sonra polisin bu hərəkətinə əsəbiləşdim və qayıdaraq onu təhqir etdim.
Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. İşlətdiyim ifadəmə görə bütün polis əməkdaşlarından üzr istəyirəm”.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda yol polisi və sürücü arasında gərgin anları əks etdirən video yayılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı taksi sürücüsünə qayda pozuntusuna görə protokol tərtib edib. Bu zaman sürücü polisi ağır formada təhqir edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər