Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı
21-09-2019, 17:24
Oxunub: 3 940
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.
Məlumata görə, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən "Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin "Nur” Uşaq Evinə yerləşdirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər