Bakıda sahə rəisinin qətlinin səbəbi (TƏFƏRRÜAT)
30-09-2019, 11:27
Oxunub: 3 803
Şənbə günü Bakı şəhəri Xətai rayonunda "Abşeron Zeytun” MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bolgexeber.com publika.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, bu gün məhkəmə qarşısına çıxarılacaq və istintaq müddəti üçün barəsində qətimkan tədbiri seçiləcək.
Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Onlar Zığ şosesində yerləşən Zeytun bağlarında tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərək müdaxilə ediblər və bu zaman dava-dalaş düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O, müayinə edilən zaman qəfil keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər