BolgeXeber.Com » Xəbərlər » Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar

Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar

3-10-2019, 10:26
Oxunub: 3 748 Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar“Fikirləşirəm ki, camaat 4 “kruq” evlənib-boşanıb, mən hələ bir dəfə evlənməmişəm”, “Əmək haqqı artıb, genəlirəm”, “Həci olsaydım, bir müğənni də mən saxlayardım...” və s. ilaxır Təsəvvür edirsinizmi, bu feysbuk statuslarını bir məhəllə uşağı yox, nazirlikdə işləyən dövlət qulluqçusu yazıb. Adamın “əti tökülür”

Cahan.info-nun verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyində işləyən Zaur Qüdrətli adlı şəxs sosial şəbəkələrdə bu qəbildən olan bayağı statuslar, replikalar yazmaqla məşğuldur.

Sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən nazirlik əməkdaşının paylaşımları ictimai qınağa səbəb olub.

Z.Qüdrətlinin bu statusları həm nazirlik əməkdaşının etik davranışlarına uyğun gəlmir, həm nazirliyin adına yaraşmır. Təbii ki, hər kəsin ifadə azadlığı var. Amma onun daşıdığı bir sosial məsuliyyət də olmalıdır.

Əmək müfəttişliyində çalışan dövlət qulluqçusu işlədiyi nazirliyin reputasiyasını, təmsil etdiyi təşkilatı, tutduğu vəzifəni nəzərə almalıdır.

Amma Z.Qüdrətli daha çox ictimai sektor uşağı, liberal, feminist gənclər kimi, yaxud da məhəllə cavanlarının üslubuna oxşar statuslar yazır.

Halbuki işlədiyi qurumun və ya nazirliyin fəaliyyəti, gördüyü gündəlik işlər, nazir Sahil Babayevin çıxışları barədə paylaşımlar etməlidir.

Eyni zamanda Z.Qüdrətli kimi dövlət qulluqçuları prezident İlham Əliyevin fəaliyyəti, sərəncamları haqda məlumatlar sosial şəbəkələrdə yaymalıdır. Hər halda S.Babayevin işçisi müxalifətçi deyil, iqtidarı dəstəkləyir.

O zaman bu yaxınlarda Baş nazirin müavini Əli Əhmədovun gənclərə, YAP-çılara çağırışını da xatırlamalıdır.

Ə.Əhmədov sosial şəbəkədə aktiv olmağa çağırış etmişdi. Deyəsən, Z.Qüdrətli bu fəallığı səhv başa düşüb.

Onun statusları tamamilə biabırçılıqdır və nazirliyin adına xələl gətirir. Ola bilsin ki, nazir S.Babayevin bu paylaşımlardan məlumatı yoxdur.

Ancaq nazirliyin sözçüsü Fazil Talıblı sosial şəbəkədə fəaldır və Z.Qüdrətlini izləmək imkanı var. Çünki ictimai qınaq tək bu şəxsə yox, işlədiyi nazirliyə ünvanlanır.
Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar
Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar
Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar
Nazirin işçisindən biabırçı “facebook” paylaşımları - Fotolar