Milli Məclisdə neçə deputat qalıb?
7-10-2019, 12:52
Oxunub: 3 349
Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Şirvan seçki dairəsinin deputatı Rafael Cəbrayılovun mandatına xitam verəndən sonra Milli Məclis üzvlərinin sayı azalıb.
Bolgexeber.com modern.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycan Respublikasının qanunverici orqanında 125 əvəzinə 118 deputat fəaliyyət göstərir. Beləliklə, indi parlamentdə 7 deputat yeri faktiki boşdur.
Xatırladaq ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın 2017-ci ildə Birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan 14 saylı Xəzər seçki dairəsində deputat yeri boşdur.
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində də deputat yeri boşalıb. Həmin dairənin deputat Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib.
2018-ci il aprelin sonlarında Prezidenti İlham Əliyevin sərəncamları ilə bir neçə deputata Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyətlərində vəzifə verildiyindən, onların da parlamentdəki yerləri boşalıb.
Belə ki, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Muxtar Babayev isə ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Və nəhayət adı 300 min ABŞ dollarını borc götürməklə Milli Məclisin deputat vəsiqəsini girov qoymaqda hallandırılan və buna görə könüllü olaraq deputat mandatından imtina edən, MSK-nın isə məsələyə baxaraq 46 saylı Şirvan seçki dairəsinin deputatı səlihiyyətlərinə xitam verilən Rafael Cəbrayılov...
Azərbaycan Milli Məclisinə növbəti deputat seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər