"Binə" ticarət mərkəzində yanğın baş verdi: Səbəbi bilinmir
8-10-2019, 10:28
Oxunub: 2 727
Səhiyyə Nazirliyi "Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:
"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".
Qeyd edәk ki, "Binə” ticarət mərkəzində baş verən yanğın təxminən 2000-3000 kv.m sahəni əhatə edib.
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin sözlərinə görə, yanğının baş vermə səbəbi dəqiq bilinmir:
"Yanğının konkret hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək. Həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyan da hesablanacaq. Hazırda isə yanğının qarşısı alınıb və ərazidə soyutma işləri aparılır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər