Bahalı telefon “xəstəliyi” ailədə gərginliyə səbəb olur (VİDEO)
8-10-2019, 15:54
Oxunub: 3 187
Son zamanlar bahalı telefonlara tələbat daha çox artıb. Və bu da insanların bahalı telefonlara olan marağından irəli gəlir
Kimisi yeməyindən, kimisi geyimindən kəsərək bahalı telefonlar almağa maraq göstərirlər.
ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb
Sakin: "Buna ehtiyacı bəhz yaradır, yəni filankəsin telefonu var, məndə alım, maşını var məndə alım, amma fikirləşmirlər ki, səhər ailəni dolandırmaq lazımdır, paltar, çörək almaq lazımdır”.
Əvvəllər insanları geyiminə görə qarşılayıb, ağlına görə yola salırdılarsa indi telefonuna baxıb dəyər biçirlər. Elə buna görə də əksəriyyət bahalı telefon sahibi olmağa can atır. Ayağını yorğanına görə uzatmaq əvəzinə, "olmazsa olmaz” deyib, kreditlə də olsa bahalı telefon əldə etməyə çalışırlar.
Əhməd Qəşəmoğlu – Sosioloq: "Bu onun göstəricisidir ki, cəmiyyətimizdə gənclər bir-biri ilə daha çox maddi üstünlüklə yarışmağı xoşlayırlar, bu isə çox xoşagəlməz bir vəziyyətdir. Hansı cəmiyyətdə ki, maddi dəyərlər daha öndə olur, mənəvi dəyərləri sıxışdırır orda hər cür xoşagəlməz hallar çoxalır”.
Araşdırmalara görə bahalı telefon istifadəçiləri əslində maddi vəziyyəti o qədər də yüksək olmayan insanlardır. Bu isə psixoloqların dediyi kimi, özgüvən əksikliyinin nəticəsi kimi dəyərləndirilir.
Gülər Məmmədova – Psixoloq: "Bir çox insanların müəyən sahədə boşluqları olur, özlərini doğrulda bilmirlər. Ona görə də onlar həyatın dəyərini mənəviyyatda deyil, maddi dəyərlərdə görürlər, yəni maddi dəyəri daha önə çıxararaq nümayişkarlıq göstərib özlərini elə təqdim etmək istəyirlər”.
Çoxunun sadəcə sosial şəbəkələrdə daha yaxşı şəkillər paylaşmaq üçün istifadə etdiyi bahalı telefon asılılığı bəzən xəstəlik həddinə çatır. Bu "özününümayiş” arzusu isə bəzən xoşagəlməz hallara, ailədə gərginliyə, valideynlə uşaqlar arasında münaqişəyə də yol aça bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər