Müştərilərinə 2 milyon "atan" qadın Bakıya qaçdı (FOTOLAR)
11-10-2019, 18:25
Oxunub: 2 926
Rusiyanın Altay vilayətində fəaliyyət göstərən "Hot Tur” turizm firmasının direktoru müştərilərinə qarşı dələduzluq əməlinə yol verib və Bakıya qaçıb
Bolgexeber.com unikal.org-a istinadən xəbər verir ki, firmanın direktoru Olesya Şaxtorinanın işləri əvvəlcə yaxşı gedib, o, Altay vilayətinin sakinlərinə isti ölkələrə "putyovkalar” satıb və müştəriləri firmadan razılıq ediblər. Amma rublun məzənnəsi aşağı düşməyə başlayanda firmanın müştəriləri də azalıb. Bu zaman Şaxtorina müştərilərə "atmağa” başlayıb.
Əvvəlcə firmadan turpaket alan müştərilər gün məsələsində aldadılıblar, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Yaxud müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3-ulduzlu otellərə yerləşdiriblər. Daha sonra isə müştərilərə ümumiyyətlə "atıblar”-onlardan pul alsalar da turpaket verməyiblər.
Nəticədə müştərilər hüquq-mühafizə orqanlarına şikayət edib və Şaxtorinanın barəsində bir neçə ay əvvəl cinayət işi qaldırılıb. İş üzrə cəmi 12 zərərçəkən var, onlara dəyən ziyan 2 milyon rubldan yuxarıdır.
Polislər əvvəlcə firmanın təsisçisini-Şaxtorinanın ərini dindiriblər. O, firmanın işlərində iştirak etmədiyini, dələduzluqdan xəbərsiz olduğunu bildirib. Olesya isə çemodanlarını yığıb və iki uşağını da götürərək Azərbaycana "istirahətə” yollanıb. 2019-cu il sentyabrın əvvəllərindən o, Xəzər sahilindəki kurortlardan birindədir və geri qayıtmağa hazırlaşmır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər