Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi
14-10-2019, 17:33
Oxunub: 2 964
Goranboyda qadını ata bağlayaraq döyən şəxs məsuliyyətə cəlb edilib.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
Onun sözlərinə görə, Goranboy rayonu Əlirzalı kəndində yaşayan Ələkbərova Sahilə Məhazir qızı Goranboy RPŞ-ə ərizə ilə müraciət edərək bildirib ki, həmkəndlisi tərəfindən döyülüb:
“Müraciətlə bağlı araşdırma başlanılıb. Məlum olub ki, S.Ələkbrova ilə həmkəndliləri – Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Filduz Əli qızı və Dəmirova Fəridə Knyaz qızı arasında şəxsi münaqişə baş verib.
Bu zaman onlar S.Ələkbərovanı vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetiriblər. Bununla bağlı cinayət məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb”.
“Ariz Dəmirov cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Lakin onun fiziki və psixiki səhhətinin yerində olmamasına görə o, polisin nəzarətinə verilib. Qeyd edim ki, S.Ələkbərovanın ata bağlanaraq sürüdülməsi faktı düzgün deyil”, – deyə E.Qasımov qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə Goranboyda qadın həmyerliləri tərəfindən ata bağlanaraq döyülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər