Fəzail Ağamalı Azərbaycan xalqını təbrik etdi
18-10-2019, 11:02
Oxunub: 2 654
Ana Vətən Partıyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Müstəqilllik Günü ilə əlaqədar olaraq xalqımızı təbrik edib
Hörmətli həmvətənlər!
1991-ci ilin 18 oktyabrında parlament tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı"nın qəbul olunması tariximizin çox şərəfli bir səhifəsidir. Bu, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda apardığımız mübarizənin məntiqi yekunu idi. Ölkəmiz bolşevik istilası nəticəsində 1920-ci ildə itirdiyi müstəqilliyinə əsrin sonunda yenidən qovuşdu.
1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. O, gündən ölkədə nəinki siyasi, iqtisadi və sosial quruculuğun əsasları təşəkkül tapdı, həmçinin qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan millətlərarası və dinlərarası münasibətlər sistemi quruldu. Bu Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasi xəttin uzaqgörənliyini sübut edir.
Əziz Azərbaycan xalqı!
Bizim üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Qəlbində Azərbaycan sevgisi ilə yaşayan soydaşlarımızı Müstəqillik günü münasibəti ilə təbrik edir, hər birinizə fəal vətəndaşlıq mövqeyi, müstəqilliyimizin və azadlığımızın əbədi olmasını arzulayıram.
Hörmətlə,
Fəzail Ağamalı,
Ana Vətən Partiyasının sədri,
millət vəkili
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər