BolgeXeber.Com » Xəbərlər » Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"

Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"

18-10-2019, 18:22
Oxunub: 3 097 Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"Salyan rayon sakini Əfsanə Axundova məşhur plastik cərrah Vüqar Ələkbərovdan şikayətçidir.

Bolgexeber.com xəbər verir ki, pasiyent qafqazinfo.az-a bildirib ki, bu il martın 19-da V. Ələkbərov tərəfindən sinəyə silikon qoyulma və qarın gərilməsi əməliyyatı olub:

"Mən 60 kilo çəki itirdiyimə görə, bu əməliyyatı etdirməyə məcbur olmuşdum. Çünki mədəkiçiltmə əməliyyatı olduğum üçün sürətlə çəki itirmişdim və dərim sallanmışdı. Həkimə palatada əməliyyat üçün 6500 manat ödədim. Mənə çek vermədilər. Soruşanda da həkim dedi ki, guya bu əməliyyatı mənə ucuz edir, nüfuzunun aşağı düşməsini istəmir. Biz də razılaşdıq. Əməliyyatın səhəri günə komaya düşdüm. Həkimi axtaranda köməkçisi bizə dedi ki, əməliyyat günü axşam Türkiyəyə gedib. Mənim kimi digər xəstələri də bu vəziyyətdə qoyub getmişdi. Mənə təzədən qan vuruldu, bədən plazması edildi. Bunun üçün 200 manat ödəməli olduq. Xəstəxana yenə çek vermədi.

6-7 ay qarnım irin verdi, 2000 manat xərcim çıxdı ki, sinəmdən, qarnımdan irini təmizləsinlər

Əməliyyatdan sonra 6-7 ay müddətində sinəm və qarnım irin verdi. Məsələ ilə bağlı həkimə nə vaxt yazırdımsa, mənə laqeyd münasibət bildirdi, nömrəmi votsapda bloka atdı. Məlum oldu ki, sinəmdə yad cisim qoyub. Uzun mübahisələrimizdən sonra məni iyun ayında işlədiyi "Can” klinikasına dəvət etdi. Dedi ki, başı qarışıqdı, bu məsələni qaldırmayım. Qeyd elədi ki, başı açılandan sonra məni korreksiya edəcək.


Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"


Həkimin atası Əli Ələkbərov məşhur neyrocərrahdır. O, hazırda Mərkəzi Klinikada çalışır. Atasına görə, ona bu işdə kömək ediblər. Mənə dedi ki, oktyabr 1-də rəsmi işimdən 1 həftəlik icazə alım əməliyyata gəlim. Mən də rayonda tanınmış müəlliməm. İşimdən icazə aldım və gəldim. Yenidən 150 manat pul verib analiz vermişəm. Bu 7 ay müddətdə isə sinəmdən çirkin çıxarılması üçün 2000 manat əlavə xərcim çıxıb. O məni Dövlət Təhlükəsizlik Xidmətinin Badamdarda yerləşən hospitalında əməliyyat edəcəyini vurğuladı. O, həmin hospitalın həkimi deyil, sadəcə müqavilə ilə əməliyyatları orada edir. Səhər saat 10-da əməliyyat olunmalı idim.

Mənim kimi bir neçə xəstənin də üzünü, qarnını pis günə qoymuşdu

Axşam 4-ə kimi 203- cü palatada məni gözlətdi. Yenidən orada mənə rentgen çəkildi. Sonra saat 4-də məni "nasılka”yla halsız bir vəziyyətdə əməliyyat otağına qaldırdılar. Vüqar Ələkbərov gəlib baxıb dedi ki, əməliyyatda səhvə yol verib. Yenidən əməliyyat olunmalıyam, amma bu onu pulsuz edə bilməz. Dedi ki, hara şikayət etmək istəyirəmsə, edə bilərəm. Onun qəbuluna düşə bilmədiyimdən bunların hamısı mənə əməliyyat stolunda dedi. Personal hamısı mat qaldı. Hətta çıxanda həmin şəxslərə dedi ki, məni daha "nasılka”yla düşürtməsinlər, qoy özü ayağı ilə düşsün. Bunun üçün personala pul ödəməli olur. Orada elə insult keçirdim. Özümə zorla gələ bilmişəm.

V. Ələkbərovdan Səbail rayon Prokurorluğuna da şikayət etmişəm, Korrupsiya İdarəsinə də. Amma şikayətimi araşdıran yoxdur. Mənim kimi başqa xəstələr də var ki, onların üzünü, qarnını pis günə qoyub”.
Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"


"Qafqazinfo” yazıda qeyd edilən ittihamlarla bağlı həkim Vüqar Ələkbərovla əlaqə saxlayıb. O bildirib ki, qeyd edilən məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və nəticəsi ictimaiyyətə bildiriləcək. Xanımın dedikləri isə şər-böhtandır.

Qeyd edək ki, V. Ələkbərov bir neçə ay əvvəl də medianın gündəminə gəlmişdi. Belə ki, iyun ayında Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarovanı liposaksiya əməliyyatı etmişdi. Xanım ginekoloq əməliyyatdan 4 gün sonra vəfat etmişdi. Ələkbərov hadisəylə bağlı onu ittiham edənlərə belə cavab vermişdi:

"Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub".
Bakıda plastik cərrahdan dəhşət dolu ŞİKAYƏT: "Sinəmdə yad cisim qoyub, qarnım, sinəm irin verdi"