Əli Kərimli izahatı alınaraq sərbəst buraxılıb-RƏSMİ
20-10-2019, 01:52
Oxunub: 3 249
Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna zidd olaraq oktyabr ayının 19-da saat 15:00-da metronun “28 May” stansiyasının önündəki meydanda mitinq keçirtməyə cəhd göstəriblər.
Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumatda bildirilir ki, görülmüş tədbirlərlə bu hüquqazidd hərəkətlərin qarşısı alınıb, onun təşkilatçıları və bəzi iştirakçıları saxlanılaraq barələrində müvafiq tədbirlərin görülməsi təmin edilib.
Saxlanılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə yerləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb.
Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər