BolgeXeber.Com » Xəbərlər » Masazır kənd 3 Nömrəli tam orta məktəbin kollektivi Cocuq Mərcanlı kəndinə səfər ediblər
Masazır kənd 3 Nömrəli tam orta məktəbin kollektivi Cocuq Mərcanlı kəndinə səfər ediblər
21-10-2019, 16:07
Oxunub: 21 106
Abşeron rayon Masazır kənd 3 Nömrəli tam orta məktəbin kollektivi qarşıdan gələn 9 Noyabr Bayraq günü ilə əlaqədar olaraq Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinə səfər ediblər
Masazır 3№-li tam orta məktəbin kollektivi ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi arasında görüş keçirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.Məktəbimizin kollektivi Cocuq Mərcanlı kənd məktəbinin şagirdlərinə müxtəlif hədiyyələr bağışladılar.Məktəbin direktoru Quliyeva Lalə xanım bildirib ki : Biz Cocuq Mərcanlıya xalqımızın iftixarı, qüruru, şərəfi, arzularımızın zirvəsi, şəhidlərimizin ruhunun məskəni kimi baxırıq. Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının arzularının çiçək açdığı bir məkandır. Cocuq Mərcanlıda yaşayanlar bizim vətənpərvər qardaş-bacılarımızdır. Bu məktəbdə dərs alan uşaqların hər biri bizim əzizimizdir. Onlar sabahın ən vətənpərvər övladları olacaqlar. Cocuq Mərcanlıda yaşamaq özü böyük qürurverən ali bir məqamdır. Bütün Azərbaycan xalqı Cocuq Mərcanlı ilə fəxr edir, iftixar hissi duyuruq”.
Məktəbin direktoru Zamin Həziyev bildirib ki, Aprel döyüşlərindən sonra kənd yenidən qurulub, məktəb, bağça, məscid, klub binaları tikilib, park salınıb. Hazırda məktəbdə 84 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 24 müəllim məşğuldur.Həmin ərazidə hərbi xidmət keçən əsgərlərin iştirakı ilə təntənəli tədbir keçirilib.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər