Bakıda iranlı baş həkim döyüldü - TƏFƏRRÜATI
24-10-2019, 12:30
Oxunub: 2 307
Bakıda iranlı həkim döyülüb.
Bolgexeber.com xəbər evrir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi “Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.
Bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, “Starmed” klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: “Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb”.
B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.
Araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər