BolgeXeber.Com » Xəbərlər » BŞBPİ-dən hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı açıqlama

BŞBPİ-dən hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı açıqlama

24-10-2019, 18:18
Oxunub: 1 969 BŞBPİ-dən hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı açıqlamaBakıda hüquq müdafiəçisinin döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaş Ağamusa İsmayılovun fiziki təzyiqə məruz qalması ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. A.İsmayılov tərəfindən daxil olan müraciət üzrə tərəflər arasında şəxsi münasibətlər zəminində yaranan mübahisənin tam və hərtərəfli araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, A.ismayılov hüquqşünasdır və o əvvəllər vəkil kimi fəaliyyət göstərib.