BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

25-10-2019, 10:29
Oxunub: 1 681 Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb2019-cu il oktyabr ayının 24-dən 25-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.