Əbülfəs Qarayev: "Klassik musiqi konsertlərində salon boş qalır"
30-10-2019, 15:03
Oxunub: 2 952
"Azərbaycanda gedən əhəmiyyətli mədəni hadisələrə bizim bəstəkarlarımız qatılmırlar".
APA-nın məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir ölkədə Üzeyir Hacıbəyli, Mstislav Rastopoviç, Qara Qarayev adına və başqa musiqi festivallarının keçirildiyini vurğulayıb: "Lakin biz o salonları yalnız son anda, daha çox musiqi məktəblərinin hesabına doldura bilirik. Niyə Bəstəkarlar İttifaqının üzvləri bu konsertlərə getmirlər? Niyə ümumi mədəni mühitin formalaşdırılmasında bəstəkarlarımız iştirak etmirlər? Onlara Azərbaycanda gedən proseslər maraqları deyil? Biz bu festivallar vasitəsi ilə dünya musiqisinə qoşuluruq. Klassik musiqi konsertlərinə diqqət niyə az olmalıdır? Necə olur ki, estrada müğənnilərinin konsertlərində yer tapılmır, amma klassik musiqi konsertlərində salon boş qalır və biz son anda zalı doldurmağa çalışırıq. Məncə, bu, bizim bəstəkarların da biganəliyidən doğur. Mən sizin hamınıza bu kimi tədbirlərdə aktiv iştirak etməyə çağırıram".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər