Kiyevdə İmadəddin Nəsimi adına binanın təməli qoyulub-FOTO
6-11-2019, 11:56
Oxunub: 2 789
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi adına çoxfunksiyalı binanın təntənəli təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına mərkəz, muzey, konfrans zalları, həmçinin qonaq evi fəaliyyət göstərəcək.
Təməlqoyma mərasimindən əvvəl səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəlinin ətrafında abadlıq işləri aparıb, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını qoyub.
Binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin mövcud olmasının vacibliyini vurğulayıb. “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə Kiyevin mərkəzi parklarının birində Nəsiminin heykəli ucaldılıb. Bu gün çoxfunksiyalı binanın təməlinin qoyulması “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir”, - deyə diplomat bildirib. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görkəmli azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr həyata keçirilir.
Qeyd edək ki, binanın tikintisi azərbaycanlı investorların sahib olduğu “Drujba Narodov SND” şirkəti tərəfindən həyata keçirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər