BolgeXeber.Com » Xəbərlər » Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdı

7-11-2019, 21:32
Oxunub: 3 634 Prezident dəmir yolu tikintisinə 45 milyon manat ayırdıPrezident İlham Əliyev noyabrın 7-də “Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Bolgexeber.com
xəbər verir ki, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.