Prezident: "Sabitliyin təminatçısı Azərbaycan xalqıdır"
14-11-2019, 18:07
Oxunub: 2 312
"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində çıxışı zamanı deyib.
"Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır", - dövlət başçısı əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər