BolgeXeber.Com » Xəbərlər » Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir
Məmurlar Prezidentdən nümunə götürməlidirlər... - Əsas məsələ vətəndaşın probleminin həllidir
15-11-2019, 16:40
Oxunub: 2 981
“Azərbaycanda idarəetmə sistemi yeni çağırışlara uyğun olaraq təkmilləşdirilir”
Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Prezident yeni təyin olunmuş icra başçılarını qəbul edərkən verdiyi tapşırıqlar dövlət orqanlarında çalışan hər bir şəxs üçün örnək və ismarıc olmalıdır:
“Dövlət başçısı açıq-aşkar bildirdi ki, birinci məsələ vətəndaşı narahat edən bütün problemlərin aradan qaldırmaqdır. Eyni zamanda korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək lazımdır. Yeni təfəkkürlü gənc kadrlar müasir və qloballaşan dünyada dövlət idarəçiliyini daha da təkmilləşdirə bilərlər. Bu baxımdan bir çox qurumlarda, yerli idarəetmə orqanlarında mühüm dəyişikliklər getməkdədir.
Əlbəttə, həmin postlarda uzun müddət xidmət göstərmiş məmurlar öz dövrlərinin tələblərinə cavab veriblər. Amma müasir zaman innovativ gəncləri tələb edir. Çox güman ki, gələn il keçiriləcək parlament seçkisində də gənc deputatların sayı çoxalacaq. Kadr islahatlarında hər kəs, o cümlədən dövlət qurumlar və məmurlar Prezident İlham Əliyevə dəstək olmalıdır. Dövlət başçısının diqqət çəkdiyi məqamlara və tapşırıqlarına ciddi yanaşmaq lazımdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər