Elçin Əlibəylinin işdən çıxarılmasının səbəbi məlum oldu - AÇIQLAMA - VİDEO
19-11-2019, 14:33
Oxunub: 3 228
Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Space TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.
Bolgexeber.com modern.az-a istinadən xəbər verir ki, Speys TV-nin mətbuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:
"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Space TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Space TV tərəfindən ləğv edilir".
Qeyd edək ki, 3 gün əvvəl Elçin Əlibəyli Space TV-nin efirində apardığı "El bizim, sirr bizim" verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:
"Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram", şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram".
Speys TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər