BolgeXeber.Com » Xəbərlər » Parlamentin buraxılması məsələsinə bu tarixdə BAXILACAQ

Parlamentin buraxılması məsələsinə bu tarixdə BAXILACAQ

29-11-2019, 15:33
Oxunub: 1 550 Parlamentin buraxılması məsələsinə bu tarixdə BAXILACAQMilli Məclisin növbəti iclası dekabrın 2-də keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclis sədri Oqtay Əsədov parlamentin iclasında bildirib.

İclasın gündəliyinə 1 məsələ daxildir. O qeyd edib ki, iclas növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı olacaq.

Spiker deyib ki, Yeni Azərbaycan Partiyasının deputatlarının parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq.