BolgeXeber.Com » Xəbərlər » Tüstüdə boğulan körpələrlə bağlı rəsmi açıqlama - Ana qapını bağlayıb marketə gedib...
Tüstüdə boğulan körpələrlə bağlı rəsmi açıqlama - Ana qapını bağlayıb marketə gedib...
30-11-2019, 12:37
Oxunub: 765
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğında iki azyaşlı uşağın ölməsi faktı ilə bağlı birgə açıqlama yayıb.
Bolgexeber.com-a daxil olan məlumatda qeyd edilib ki, noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadə tüstüdən boğularaq vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınıb, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməyib. Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb saat 18 radələrində mağazaya gedib və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb.
Azyaşlılar qonşuların köməkliyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi vəfat edib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm