BolgeXeber.Com » Xəbərlər » "İran vətəndaşının Azərbaycanda girov saxlanılması barədə məlumatlar əsassızdır" - RƏSMİ
"İran vətəndaşının Azərbaycanda girov saxlanılması barədə məlumatlar əsassızdır" - RƏSMİ
30-11-2019, 18:03
Oxunub: 2 490
Bəzi Kütləvi İnformasiya Vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə məlumatlar yayılıb.
Bolgexeber.com-un xəbərinə görə, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə açıqlamasında bildirilib ki, həmin məlumatlar əsassızdır:
"Bununla əlaqədar bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 01 fevral 2019-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilib ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib və bu məqsədlə 25 dekabr 2018-ci ildə etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçıb.
Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilib.
Həmçinin, istintaqı zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2 (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilib.
A.Dehghanızadeh dəfələrlə istintaqa dəvət edilsə də, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində aprelin 22-də axtarış elan edilmiş, iyulun 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu istintaqa cəlb edilərək müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət təqibi üzrə zəruri olan bütün hərəkətlərin vaxtında icra edilməsini təmin etmək məqsədi ilə A.Dehghanızadehin ölkədən çıxışına məhdudiyyət qoyulub.
A.Dehghanızadehin müraciəti əsasında məhkəmənin qərarı ilə sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülüb.
Hazırda F.Foroozanmehrin barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər