BolgeXeber.Com » Xəbərlər » Tovuzda dağılan bəy evləri, xaraba qalan tarix - VİDEO

Tovuzda dağılan bəy evləri, xaraba qalan tarix - VİDEO

2-12-2019, 13:14
Tovuzda dağılan bəy evləri, xaraba qalan tarix - VİDEOOnlardan biri Nəsib bəy və Yusif bəy qardaşlarının malikanəsidir.

Musavat.com-un reportyor qrupu Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində sakinləri narahat edən problemləri araşdırarkən təmirə ehtiyacı olan daha iki ünvana baş çəkib.

Onlardan biri Nəsib bəy və Yusif bəy qardaşlarının malikanəsidir. Sovet dövründə məktəb və uşaq evi kimi istifadə edilmiş bəylərin imarəti indi qəzalı vəziyyətdədir. Sakinlər tarixi binada əsaslı təmir-bərpa işləri görülməsini xahiş edirlər.

Təmirə ehtiyacı olan digər abidə isə bəylərin inşa etdirdiyi 19-cu əsrə aid məscididir. Məscidin gümbəz tərəfdən tavanı damır, divarlar nəmişlik çəkib, bayır tərəfdən isə kərpiclər yeyilir. Yuxarı Öysüzlü kəndinin camaatı ibadət evinin də təmir olunmasını istəyir. Mədəniyyət Nazirliyinin nəzdində olan məscidin 2018-ci ildə təmiri nəzərdə tutulsa da, heç bir iş görülməyib.

Əməkdaşlarımızın videoreportajını təqdim edirik: