BolgeXeber.Com » Xəbərlər » Məmurlar gəlir deklarasiyası verməlidirlər: - "Əyinlərindəki kostyumdan tutmuş..."
Məmurlar gəlir deklarasiyası verməlidirlər: - "Əyinlərindəki kostyumdan tutmuş..."
6-12-2019, 13:18
Oxunub: 2 574
“Biz dünyanın inkişaf etmiş ölkələrindən daha ağıllı deyilik. Əgər əksər dövlətdə gəlir deklarasiyası haqqında qanun qəbul olunubsa, deməli bunun müsbət effekti var”.
Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-alim Əkrəm Həsənov deyib.
İqtisadçı bildirib ki, dövlət məmurları, onların ailə üzvləri gəlir və xərc deklarasiyası verməlidir. Əks halda, korrupsiya ilə mübarizə aparmaq qeyri mümkündür:
“Azərbaycanda məmurların gəlir və xərc deklarasiyası olmadığı üçün onlar istədiklərini edirlər. Məsələn, sabah kimsə iddia etsə ki, hansısa məmura rüşvət verib və məmur həmin pulla özünə mənzil alıb, heç kim bunu sübut edə bilməyəcək. Məmur rüşvət aldığını etiraf edərmi? Yalandan deyəcək ki, guya pullar ona ata-babasından qalıb. Ona görə də gəlir deklarasiyasını tətbiq etmək zəruridir. Məmur əynindəki kostyumdan tutmuş, övladının qolundakı bahalı saata qədər hər şeyin hesabını verməlidir. Yalnız bu halda məmurları müəyyən çərçivəyə salmaq mümkündür”.
Ə.Həsənov təəssüflə qeyd edib ki, gəlir deklarasiyası haqda qanunun qəbul edilməsinə müəyyən məmur qrupu əngəl olur, qarşı çıxırlar:
“Halbuki, sözügedən qərarı qəbul etmək elə də çətin deyil. Ortada beynəlxalq təcrübə var və riskli məsələ deyil. Bununla yanaşı, həm də dövlət büdcəsi, xüsusilə onun xərclərlə bağlı olan hissəsi şəffaf olmalıdır. Yerli icra hakimiyyətindən başlayaraq, büdcə vəsaiti ayrılan hər bir dövlət qurumu şəffaf formada maliyyə hesabatlarını cəmiyyətə açıqlamalıdırlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər