Xızı polisləri də ağac əkdi - FOTO
6-12-2019, 17:32
Oxunub: 2 773
Nəcib tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Nəcib tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.
Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər. Belə ki, cari ilin oktyabr ayında da polislər tərəfindən rayon ərazisində 100 ədəd iqlim şəraitinə uyğun və dözümlü ağaclar əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər