BolgeXeber.Com » Xəbərlər » Fira yanacaqdoldurma məntəqəsindəki hadisəyə belə cavab verdi-VİDEO

Fira yanacaqdoldurma məntəqəsindəki hadisəyə belə cavab verdi-VİDEO

9-12-2019, 13:24
Oxunub: 0 Fira yanacaqdoldurma məntəqəsindəki hadisəyə belə cavab verdi-VİDEOAparıcı Firuzə Cəlilovanın (Fira) yanacaqdoldurma məntəqəsində başına iş gəlib.

Primetime.az xəbər verir ki, orada çalışan yaşda və vəzifədə böyük əməkdaşın işçilər ilə söyüş ilə danışması Firanı özündən çıxarıb. Aparıcı sözügedən şəxsi video ilə çəkərək, onu sosial şəbəkə vasitəsi ilə "tənbeh" edib. Cəlilov yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə müraciət ünvanlayıb:

"İctimai televiziyanın yanında yanacaqdoldurma məntəqəsindəyəm. Burada Mübariz Ağayev adlı işçi ətrafda insanların, qadının olmasına əhəmiyyət vermədən gənc bir işçiyə söyüş söyür. Ona iradını bildirir ki, pisdir. Bunun evdə qadınına münasibəti də yəqin budur. Biz gənclər yaşda özümüzdən böyük olanlardan ibrət götürürük. Dediyi söyüşü ağzıma almıram. Müştəri ilə davranış qabiliyyəti də yoxdur".