BolgeXeber.Com » Xəbərlər » “EuroHome”da yanğını söndürmək üçün üç helikopter cəlb olunub – Video

“EuroHome”da yanğını söndürmək üçün üç helikopter cəlb olunub – Video

10-12-2019, 10:54
Oxunub: 2 242 “EuroHome”da yanğını söndürmək üçün üç helikopter cəlb olunub – VideoBu gün səhər saatlarında paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib

Bizimyol.info xəbər verir ki, Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə nazirliyin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

“Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək”,-deyə FHN-dən bildirilib.

Səhiyyə Nazirliyi verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub: “Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bu səbəbdən, ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik.