Bu gün Əlcəzairdə prezident seçkiləri keçiriləcək
12-12-2019, 10:09
Oxunub: 2 540
Bu gün Əlcəzairdə son dərəcə kəskin ictimai-siyasi böhrana son qoymaq çağırılmış prezident seçkiləri keçiriləcək.
“Report” xəbər verir ki, səsvermənin nəticələri üzrə 20 il ölkəni idarə etmiş və 2019-cu ilin aprelində istefaya getmiş sabiq prezident Əbdüləziz Buteflikin xələfi məlum olacaq.
Seçkilərin təşkilinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün xüsusi olaraq yaradılmış Müstəqil Milli Seçki Orqanının məlumatına görə, Əlcəzairin 24,4 milyondan çox vətəndaşı səsvermə hüququna malikdir. Respublikanın bütün ərazisində seçki prosesinin təminatı üçün 61 mindən çox seçki məntəqəsi açılıb.
Konstitusiya Şurası seçkilərə beş namizədi buraxıb. Bunlar Milli Demokratik Birləşmə Partiyasının müvəqqəti baş katibi, 60 yaşlı Aziddin Mihubi, sabiq turizm naziri, "Al-Bina" siyasi hərəkatının rəhbəri, 57 yaşlı Əbdülqadir Benqrin, iki keçmiş baş nazir - 74 yaşlı Əbdülməjid Tebbun və 75 yaşlı Əli Benflis, həmçinin 56 yaşlı Əbdüləziz Belaiddir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər