BolgeXeber.Com » Xəbərlər » Azərbaycan polisi ona bəslənən inam və etimadı doğruldur

Azərbaycan polisi ona bəslənən inam və etimadı doğruldur

12-12-2019, 11:39
Oxunub: 1 500 Azərbaycan polisi ona bəslənən inam və etimadı doğruldurVilayət Eyvazov hüquq-mühafizə orqanlarında bir sıra islahatlara imza atıb

Polislərimiz asayişi,ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur

Ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarının böyük xidmətləri vardır.
Bildiyiniz kimi Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən daxili işlər naziri təyin edilib. O nazir təyin olunmazdan əvvəl daxili işlər nazirinin birinci müavini vəzifəsini tutub.
Vilayət Eyvazov nazir təyin olunandan sonra hüquq-mühafizə orqanlarında bir sıra islahatlara imza atıb və islahatları aparmaqda davam edir. Daxili İşlər naziri geridə qalan aylar ərzində bir sıra uğurlu kadr dəyişiklikləri və təyinatları edib ki, bu islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanıb.
Heydər Əliyevin dövlətçilik və müstəqillik, sabitlik və inkişaf ideyalarına sadiq olan daxili işlər orqanları daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında fəaliyyətlərini qarşıda qoyulan tələblər səviyyəsində quraraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini əzm və qətiyyətlə yerinə yetirir, hər bir vətəndaşın hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanırlar.
Qeyd edək ki,bir müddət əvvəl nazir vətəndaşlarla görüşdən yayılan fotoları müzakirələrə səbəb olmuşdu.Nazirin vətəndaşları qəbul edərkən onun üçün ayrılmış yerdə deyil, vətəndaşlarla üzbəüz əyləşməsi diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri bunu nazirin sadəliyi, vətəndaşların özünü daha sərbəst hiss etməsi üçün atdığı addım kimi təqdir ediblər.
Nazir dəfələrlə iclaslarda müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayır.
General-polkovnik çıxışlarında əmin olduğunu bildirir ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmlə çalışacaq.
Bir sözlə Daxili İşlər naziri Vilayət Eyvazov ölkə rəhbərliyi tərəfindən və vətəndaşlar tərəfindən ona bəslənən inam və etimadı doğruldur.

Ölkə Prezidenti də öz növbəsində daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirir. Bolge.TV də öz növbəsində paytaxtda və bölgələrdə polisllərin vətəndaşlara göstərdikləri yüksək xidməti ilə bağlı mütəmadi olaraq reportajlar hazırlayır.İlk reportajımız Quba,Xaçmaz,Qusar rayonlarından olmuşdur.Növbəti reportajlarımız isə Şəki, Qax Zaqatala,Balakən rayonlarından olub ki,onları da oxucularımıza təqdim edəcəyik.
Bolgexeber.com