Xaçmazda oğurluq edən keçmiş məhkum saxlanılıb
14-12-2019, 16:38
Oxunub: 2 253
Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramin Qoçadze olduğu müəyyən edilib.
R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.
Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər