Xaçmazda mağazalardan 16 min manatdan artıq oğurluq edən şəxs saxlanılıb
16-12-2019, 13:31
Oxunub: 2 823
Xaçmazda mağazalardan 12999 manat oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart aylarında rayonun Qobuqıraq və Çinartala kəndləri ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs tutulub.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Taleh Məmmədov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. T.Məmmədov ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs kəndlərdə yerləşən üç mağazaya qanunsuz daxil olaraq mağazaların kassalarından ümumilikdə 12999 manat pul, 1200 manat dəyərində danışıq kartları və 452 manat dəyərində tütün məmulatları, həmçinin həmin mağazaların birində quraşdırılan ödəmə terminalını qıraraq içərisində olan 2000 manatdan çox pulu oğurlayıb.
Faktlarla bağlı T.Məmmədov barəsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər