BolgeXeber.Com » Xəbərlər » Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı

Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı

19-12-2019, 16:30
Oxunub: 1 726 Həbs edilən icra başçısının xanım müavini də saxlanıldıHəbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

Bolgexeber.com BakuPost-a istinadən xəbər verir ki, başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.