Məmur müşavirədə çaşdı, prezidentdən üzr istədi (VİDEO)
20-12-2019, 15:48
Oxunub: 2 421
Xəbər verdiyimiz kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Bolgexeber.com baku.ws-ə istinadən xəbər verir ki, müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov səhvə yol verib. Bu məqam dövlət başçısının diqqətindən qaçmayıb:
Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?
Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.
Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?
Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.
Prezident İlham Əliyev: Orada nə qədərdir məhsuldarlıq?
Rövşən Həsənov: Onlarda hər hektara mahlıc çəkisi ildən-ilə dəyişməklə 1300-1700 kiloqram arasında olur. Bu, ilk yeddinci yerə aiddir. Cənab Prezident, 1100 kiloqram və daha artıq ilk onluğa düşür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər