İcra başçısını hədəf alanlara SÖZ ARDI
20-12-2019, 20:41
Oxunub: 2 286
Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosu hit xətrinə saytlarda trajlanıb.
Bolgexeber.com xəbər verir ki, Suraxanı icra hakimiyyətindən həmin foto ilə bağlı rəsmi açıqlamada verilib.
Elə bir dünya yoxdu ki, insanlar orda yağış yağanda çətirdən istifadə etməsin. Nazir, rəis, müəllim və bizim kimi siravi insanlara qədər. Bunu bilib əksini danışanlar ya savadsız yada ki, qərəzli məxluqatdır.
Əvvəla bildirək ki, Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilməsi və yerli sakinlərin yığılıb qalan problemlərinin həllinə çalışır. Və bunu həzm edə bilməyənlər var ki, qursaqları köp verir...
Xatırladaq ki, təcrübəli və işgüzar rəhbər Cəlilabad və Yasamal rayonlarında işlədiyi vaxtlarda əhalinin içində olub, onların hər bir problemini öz dərdi hesab edən Əziz Əzizov, prezidentin yerlərdəki. əsgəri və sadiq məmuru olub. Bunu biz yox işlədiyi rayonlarda yaşayan ziyalılar, və gənclər deyir.
Həmçinin bu gündə Suraxanı rayonuna yeni təyinat almış Ə. Əzizov işgüzar missiyasını davam etdirir. Rayonun yeni rəhbəri olaraq, insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. İllərdir yığılıb qalan problemləriin həlli yolunda qəti addımlar atır. Bunu isə görməyənlərin gözü kor qulaqları isə kardır. Bir sözlə hər kəs kimi Əziz Əziovda insandır, Azərbaycanımızın dəyərli parçasıdır. Həmdə üç dəfə Prezident İlham Əliyevin etimad göstərdiyi şəxsdir. Çətirlə, ayaqla, hətta avtomobillə, şəhid ailəsinin, əlil övladının, kimsəsizin səsinə, can deyib evinə qədər gedən bir icra başçısının bundan da böyük haqqları vardır.
AMMA və LAKİN bütün bunları görməyən vicdansız, bilməyən naxələfdir. Belə insanlarında Azərbaycan cəmiyyətində yeri yoxdur. VƏSSALAM!!
İXA.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər