BolgeXeber.Com » Xəbərlər » DİN-dən avtobusda qızın qətlə yetirilməsi ilə bağlı məlumatlara MÜNASİBƏT

DİN-dən avtobusda qızın qətlə yetirilməsi ilə bağlı məlumatlara MÜNASİBƏT

21-12-2019, 14:34
Oxunub: 2 647 DİN-dən avtobusda qızın qətlə yetirilməsi ilə bağlı məlumatlara MÜNASİBƏTDaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakıda avtobusunda gənc qızın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.

“Xahiş edirik, məlumat paylaşmazdan əvvəl DİN-in Mətbuat Xidməti ilə dəqiqləşdirilsin”, Nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün sosial şəbəkədə paytaxtın Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc qızı qətlə yetirməsi barədə məlumat yayılıb.