BolgeXeber.Com » Xəbərlər » Musa Qasımlı Sabir Rüstəmxanlıya qalib gələ biləcəkmi?

Musa Qasımlı Sabir Rüstəmxanlıya qalib gələ biləcəkmi?

21-12-2019, 15:02
Oxunub: 6 694 Musa Qasımlı Sabir Rüstəmxanlıya qalib gələ biləcəkmi?"Zaman göstərcək ki...".

Xalq şairi, eks-deputat Sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Hazırda həmin dairənin deputatı isə, Musa Qasımlıdır. Hər iki şəxs əslən Yardımlı rayonundandır və M.Qasımlıya qədər Yardımlını parlamentdə S.Rüstəmxanlı təmsil edib.
S.Rüstəmxanlı ilə M.Qasımlı arasındakı münasibətlərin bir o qədər yaxşı olmadığı da hamıya bəllidir. Bəs nə baş verəcək? Hakimiyyət kimə dəstək verəcək? S.Rüstəmxalının əmin iddia ortaya qoyması bir çox suallara səbəb olur. M.Qasımlı ona qalib gələ biləcəkmi?
M.Qasımlının S.Rüstəmxanlıya rəqib olub-olmayacağını, seçkidə iştirak edib-etməyəcəyini öyrənmək üçün özü ilə əlaqə saxladıq.
Deputat M.Qasımlı bolgexeber.com saytına açıqlamasında bildirdi ki, indidən heç nə deyə bilmərəm:
"Zaman hər şeyi göstərəcək. Seçkidə kim kimin rəqibi olacaq, yaxın günlərdə şahidi olacaqsız".