Yevlaxda 3 nəfərin ölümünə səbəb olan sürücü həbs olundu - Rəsmi
21-12-2019, 18:00
Oxunub: 2 568
Dekabrın 18-də Yevlax rayonunda baş vermiş yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb və sürücü həbs edilib.
Bu barədə Baş Prokurorluqdan Bolgexeber.com-a daxil olan məlumatda deyilir:
“Dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyundai” markalı 06-AC-183 dövlət nömrə nişanlı avtomobilin Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı 43-BC-806 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü Cəlal Rüstəmov və 1967-ci il təvəllüdlü İlqar Namazovun vəfat etmələri faktına görə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
Aparılmış istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər