Məmur olmaq istəyənlər qayınları və baldızları haqqında da məlumat verməlidir
26-12-2019, 10:34
Oxunub: 2 680
Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli qərarı dəyişdirilib
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara görə, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nda dəyişikliklər edilib.
Dəyişikliklə bu məzmunda 2.4-cü bənd əlavə olunub:
“2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.
Sənədin 14-cü hissəsi isə ləğv edilib.
Qeyd edək ki, əvvəlki qərarın 14-cü hissəsində bildirilirdi ki, müvafiq orqan Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını yoxlayır.
16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilib.
Bundan əvvəlki qərarda isə yalnız ata, ana, qardaşlar, bacılar, ər, arvad, uşaqlar, qayınata və qayınana haqqında məlumat vermək tələb olunurdu.(oxu.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər