AMEA-da I vitse-prezident vəzifəsi təsis olunacaq - RƏSMİ
26-12-2019, 12:03
Oxunub: 2 019
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.
AMEA-nın akademik-katibi Əminağa Sadıqovun APA-ya verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib: “Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.
İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.
AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.
Ə. Sadıqov deyib ki, iclasda müzakirə olunacaq sonuncu məsələ Akademiyanın strukturunda dəyişikliyin edilməsidir: “AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər