BolgeXeber.Com » Xəbərlər » Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir (VİDEO)

Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir (VİDEO)

27-12-2019, 10:33
Oxunub: 2 009 Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir (VİDEO)Vətəndaşa borcu olmadığı halda hər ay borc mesajı gəlir

Halbuki, Emin Süleymanov heçbir mağazadan kreditlə heçnə almadığını deyir. Vətəndaş deyər ki,6 aydır ona gələn mesajlar onu bezdirib. O sonda borclu kimi tanınmasından ehtiyyat edir

Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir.

Hadisə Biləsuvar Sakini Emin Süleymanovun başına gəlib. O, bildirir ki, artıq 6 aydır ona mütəmadi olaraq borc bildirişləri göndərilir. Halbuki, O heçvaxt kreditlə özünə nəsə almayıb.

Emin Süleymanov nömrənin onun adına olduğundan kreditin də ona aid edilməsindən narahatdır.

Mesajların gəldiyi mağazadan isə bildirildi ki, vətəndaşın nömrəsi şirkətin bazasında olan hər hansı bir nömrə ilə səhv düşə bilər. Şikayətçi bununla bağlı şirkətin baş ofisinə müraciət etməlidir.