BolgeXeber.Com » Xəbərlər » Prezident Azərbaycanda dəmir yolu tikintisinə üç milyon manat ayırdı

Prezident Azərbaycanda dəmir yolu tikintisinə üç milyon manat ayırdı

28-12-2019, 17:26
Oxunub: 1 703 Prezident Azərbaycanda dəmir yolu tikintisinə üç milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin üç milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.