BolgeXeber.Com » Xəbərlər » DİN sözçüsü: “İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu istintaqa cəlb edilməyib”
DİN sözçüsü: “İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu istintaqa cəlb edilməyib”
11-01-2020, 11:47
Oxunub: 3 409
10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır.
Daxili İşlər Nazirliyi (DİN) Tovuz raronunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlunun istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında İ.Süleymanovun əmisi oğlunun polis əməkdaşı olmasını təsdiqləyib.
O qeyd edib ki, İ.Süleymanovun polis olan əmisi oğlu N.Quliyeva itkin düşən gündən istintaq hərəkətlərində iştirak etməyib:
“Açığı, həmin şəxsin adını da bilmirəm. O, sıravi bir polis nəfəridir. Bu cinayət işi ilə onun heç bir əlaqəsi belə yoxdur. Yayılan məlumatlar həqiqəti əks etdirmir, İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu da saxlanılmayıb. Axı həmin şəxs necə ola bilər ki, İlkinə kömək eləsin? Hazırda istintaq prosesi davam edir, araşdırmalar aparılır. Mərhumun yaxınlarındadan da heç kəs həmin polis əməkdaşının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verməyib”.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər