BolgeXeber.Com » Xəbərlər » İcra başçısı DSK- sədrinə tapşırıq verdi - Şamaxıda seçki OYUNU(Prezidentə MÜRACİƏT)

İcra başçısı DSK- sədrinə tapşırıq verdi - Şamaxıda seçki OYUNU(Prezidentə MÜRACİƏT)

13-01-2020, 10:43
Oxunub: 6 901 İcra başçısı DSK- sədrinə tapşırıq verdi - Şamaxıda seçki OYUNU(Prezidentə MÜRACİƏT)Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, DSK- sədri Hüseyn Rəcəbovla əlbir olub, saxta yollarla pisixi xəstəni Bələdiyyə sədri təyin ediblər

DSK- sədri Hüseyn Rəcəbov “kimə deyirsiz gedin deyin, icra baçısı Tahir Məmmədov Sabirin olmasına tapşırığı var, mən kiməm ki...".

Bolgexeber.combildirir ki,İxa.az-ın elektron ünvanına belə bir müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Sürəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Sürəti: Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova

Sürəti: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevə

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya

MÜRACİƏT:

Hörmətli cənab Prezident və Mehriban xanım Əliyeva!

"Biz Şamaxılılar cənab Prezidentin və birinci xanımın rayonumuza göstərdiyiniz diqqətdən sonsuz razıyıq və rayonumuzun turizm potensialının artırılması üçün gördüyünüz işlərlə fəxr, qürur duyuruq. Zəlzələ nəticəsində zərərçəkmiş ailələr üçün tikilən evlərə Sizin şəxsən gəlməyiniz isə bizdə bir daha ruh yüksəkliyi yaratdı. Sizə bir daha bütün şamaxılılar adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Son Bələdiyyə seçkilərində açıq hərrac kimi namizədlərin siyahısı hazırlandı, səriştəsi və ya cəmiyyət içində nüfuzu, hörməti olmayan, lakin rüşvət verməklə siyahıya düşənlər oldu. Qızmeydan, I Çaylı, Həmyəli, Şəhriyar, Quşçu, Dəmirçi və s. kimi kənd və qəsəbələrdə, o cümlədən Şamaxının özündə qarşıdurma yaratdılar. Hətta I Çaylı kəndinin camaatı piket keçirmək üçün müraciətdə etmişdilər. Şəhriyar qəsəbəsində 12 saylı məntəqə üzrə isə Bələdiyyə sədri kimi pulu alınmış adam Sabir Mikayılov şizofreniyadan əziyyət çəkdiyi üçün hərbi xidmətə belə aparılmamışdır. Şizofreniyadan əziyyət çəkən insana maşın sürməyə icazə verilmədiyi halda, Şəhriyar qəsəbəsi kimi çox millətli (əhalinin əsas hissəsini İrandan köçmüş insanlar, tat mənşəli və digər kəndlərdən gələnlərdir) və çox etnoslu çətin bir yerə sədr qoyurlar. 85 saylı Şamaxı dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbova bunu bildirəndə isə, o “Gedin kimə deyirsiz deyin, Tahir müəllim mənə deyib edirəm...”, deyə özbaşnalıq olduğunu nümüyiş etdirir... Məntəqə sədri isə məktəb direktoru idi. Ona deyəndə, ki siz ki taniyirsız onu necə buna yol verə bilirsiz, o bildirdi ki, Sabir məktəbi bitirəndə sevindik ki, dəlidən canımız qurtardı indi deyiblər - seçilməlidir, mən nə edim... Seçki günü çoxsaylı qanun pozuntularınnan seçicilərin MSK-ya yazdığı etiraz məktub və zənglərinə cavab olaraq, DSK guya araşdırma apardı, lakin müşahidəçilərin hamısının iştirakı olmadan işi bağladılar. DSK- sədri Hüseyn Rəcəbov “kimə deyirsiz gedin deyin, icra başçısı Sabirin olmasına tapşırığı var edirəm...” deyə öz münasibətini bildirib.

Qeyd edək ki, seçkini namizədlərin müşahidəçiləri ilə bərabər həm namizədlərin, həm də müstəqil müşahidələr izləyirdi, amma nə araşdırma zamanı nə də seçki günü onlar yekun protokolu imzalamamışdır. Artıq hec nəyə baxmayaraq, həmin namizədlər seçilib, MSK-dan və Konstitusiya Məhkəməsindən öz siyahılarının təsdiqini gözləyir...

Cənab Prezident, Sizdən xahiş edirik, bu dəfə də səsimizi eşidib, biz şamaxılıları bu dəllalların seçdiyi şizofreniklərin, təcrübəsiz və səriştəsiz adamların ümüdünə buraxmayasız və rayonumuzda hökm sürən özbaşnalıqlara son qoyasınız...

Qeyd, ərizədəki məlumatların hər biri öz təsdiqini tapması şübhəsizdir və asanlıqla yoxlana bilər."