Astarada narkotacirlər saxlanıldı
13-01-2020, 11:42
Oxunub: 3 399
Astara polisi 2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bolgexeber.com -a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb.
Astara Rayon Polis Şöbəsinə gətirilən Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram narkotik vasitə olan heroin, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər